[b]“Barselona”nın 100 milyonluq təklifi qəbul edilmədi[/b]
01.08.2017 - 10:57
[b]“Barselona”nın 100 milyonluq təklifi qəbul edilmədi[/b]

“Liverpul”un futbolçusu Filipp Koutinyonu heyətinə qatmaq istəyən “Barselona”nın cəhdi baş tutmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “mersisaydlılar” braziliyalı yarımmüdafiəçi ilə yolları ayırmağa razılaşmayıblar.

 

“Barsa” rəhbərliyi qarşı tərəfə rəsmi təklif göndərərək, Koutinyoya görə 100 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Lakin bu məbləğ də ingilislərin “hə” deməsi üçün yetərli olmayıb. “Liverpul”un baş məşqçisi Yurgen Klopp rəhbərliklə söhbətində Koutinyonu yeni mövsümdə də ixtiyarında görmək istədiyini bildirib. Bu səbəbdən “qırmızılar” 25 yaşlı xavbeki “Barselona”ya buraxmayıblar.

 

Nəticədə PSJ-yə keçmək üzrə olan Neymarın yerinə Koutinyonu transfer etmək istəyən kataloniyalılar alternativ variant düşünməyə başlayıblar.

 

Qeyd edək ki, Braziliya yığmasının da üzvü olan Koutinyo 2013-cü ildən “Liverpul”un formasını geyinir. O, hazırkı komandasında ümumilikdə 182 oyunda 42 qola imza atıb.