La Liqanın XVII turu çərçivəsində sabah “Real”la qarşılaşacaq “Barselona”nın iştirak ərizəsi açıqlanıb. Apasport.az saytı xəbər verir ki, zədəli Samuel Umtiti və yenicə sıraya dönən Usman Dembelenin adı tərəfindən heyətə daxil edilməyib.
Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde Madridə 18 futbolçu aparıb.
Qapıçılar: Mark-Andre ter Ştegen, Yasper Sillessen
Müdafiəçilər: Nelson Semedo, Xerard Pike, Xordi Alba, Luka Din, Xavyer Maskerano, Aleyş Vidal, Tomas Vermalen
Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxi Roberto, Denis Suares, Andres İnyesta, Paulinyo, Andre Qomeş
Hücumçular: Luis Suares, Lionel Messi
Qeyd edək ki, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə 16:00-da start götürəcək.