[b]“Barselona”nın futbolçusu qərarını verdi[/b]
26.05.2016 - 16:38
[b]“Barselona”nın futbolçusu qərarını verdi[/b]

“Barselona”nın futbolçusu Dani Alveş gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytı “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Kataloniya klubunda qalacaq.

 

Adı “Yuventus”la birgə hallanan Alveş “Barsa”dan ayrılmaq fikrində deyil. Futbolçunun agenti Dinora Santana da “Yuventus”la keçidlə bağlı yayılan informasiyanı təkzib edib. O bildirib ki, müştərisi özünü hazırkı komandasında xoşbəxt hiss edir.

 

Qeyd edək ki, karyerası ərzində “Bahia” və “Sevilya” klublarının da formasını geyinmiş Alveş 2008-ci ildən “Barselona”nın uğurları üçün çalışır. O, kataloniyalıların heyətində bu vaxta qədər 391 oyunda 21 qola imza atıb.

 

 

0