[b]“Barselona”nın hücumçusu “Nyukasl”a keçir[/b]
14.05.2015 - 21:30
İngiltərənin “Nuykasl” klubu “Barselona”nın gənc hücumçusu Sandro Ramires uğrunda mübarizədən qalib ayrılıb. Apasport.az saytının məlumatına görə, “sağsağanlar” katalonlar ilə gələcək mövsüm üçün icarə əsasında anlaşıblar.
Xatırladaq ki, 19 yaşlı hücumçu “Barselona”nın əsas komandasında 2014-cü ilin yayında debüt edib. O vaxtdan bəri La liqada 7 oyuna çıxan Ramires iki dəfə qol sevinci yaşayıb.
0
0