“Barselona”nın mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi daha bir oyunçunun adı açıqlanıb. Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, bu, Hatem Ben Arfadı.
Hazırda “Nitsa”nın formasını geyinən 29 yaşlı yarımmüdafiəçi Kataloniya klubunun maraq dairəsinə düşüb. Baş məşqçi Luis Enrike rəhbərliklə söhbətində Ben Arfanın komandaya əlavə güc qatacağını bildirib.
Bundan sonra hərəkətə keçən kataloniyalılar qarşı tərəflə danışığa start veriblər. Futbolçunun bu təklifə qarşı çıxmayacağı bildirilir.
İspanlar PSJ-nin müdafiəçisi Tiaqo Silva kimi, Ben Arfanı da nəyin bahasına olursa-olsun, heyətinə qatmaq istəyir.
Qeyd edək ki, karyerası ərzində “Lion”, “Marsel”, “Nyukasl” kimi klubların formasını geyinmiş Ben Arfa 2015-ci ildən “Nitsa”da çıxış edir.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı