[b]“Barselona”nın Şou arzusu[/b]
27.03.2018 - 14:42
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “The Mirror” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Barselona” maraqlıdı.
Kataloniya klubu bu keçidi yayda rəsmiləşdirmək niyyətindədi. İndidən qarşı tərəflə danışıqlara start verilib. Şounun müxtəlif mövqelərdə oynamaq bacarığı ispanların diqqətini cəlb edib. “Barsa”nın baş məşqçisi Ernesto Valverde rəhbərliklə söhbətində Şounun komandaya əlavə güc qatacağını bildirib.
Qeyd edək ki, Şou 2014-cü ildən “Mançester Yunayted”in üzvüdü.
0
0