[b]“Barselona”nın yubilyarları[/b]
07.01.2018 - 20:07
İspaniya La Liqasının XVIII turu çərçivəsində “Barselona” doğma meydanda “Levante” ilə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, matça start heyətində başlayan iki oyunçu – Lionel Messi və Andreas İnyesta üçün görüş yubileylə əlamətdar olub.
Argentinalı üçün bu, İspaniya çempionatı çərçivəsində 400-cü qarşılaşmadı. 30 yaşlı hücumçu geridə qalan 399 oyunda 364 qola imza atıb.
İnyesta isə bu qarşılaşma ilə birlikdə “Barselona” formasında bütün turnirlərdə 650-ci görüşünü keçirib.
Qeyd edək ki, ilk hissəsi başa çatan oyunda “Barselona” 2:0 hesabı ilə öndədi.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0