“Uotford”un hücumçusu Jerar Dulofeu gələcək karyerası barədə danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı forvard müqavilə ilə məxsus olduğu “Barselona”ya qayıtmaq fikrində deyil.
O, hazırda mövsümün sonunu gözlədiyini bildirib: “Baş məşqçi burda qalmağımı istəyir. Menecerimlə birlikdə vəziyyətə baxacaq və təhlil edəcəyik. İndi sakitəm. İki ay əvvəl zədələnmişdim, nəhayət ki, yaşıl meydanlara dönə bildim. “Uotford”un heyətində Premyer Liqanın son iki matçında meydana çıxmaq istəyirəm. “Barselona”ya qayıtmağı düşünmürəm. Bütün kataloniyalıları çempionluq münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, Jerar Dulofeu bu ilin əvvəlində “Uotford”a icarəyə verilib.