Almaniya kubokunda bütün 1/4 finalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsində ən maraqla gözlənilən oyun “Bavariya” və Dortmund “Borussiya”sı arasında baş tutub.
Görüş münhenlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə “Bavariya” növbəti mərhələyə adlayıb, “Borussiya” isə kubokla vidalaşıb.
1/4 finalda “Bavariya” ilə yanaşı, “Bayer”, “Verder”, “Ayntraxt”, “Maynts”, “Paderborn”, “Volfsburq” və “Şalke” klubları da mübarizə aparacaqlar. Bu mərhələnin püşkü yanvarın 7-də keçiriləcək.
Almaniya kuboku
1/8 final mərhələsi
20 dekabr
“Borussiya” (Mönxenqladbax) – “Bayer” – 0:1
Qollar: Beyli, 70
“Verder” – “Frayburq” – 3:2
Qollar: Belfodil, 3; Kaynts, 20; Barqfrede, 69 – Petersen, 28; Ravet, 86
“Bavariya” – “Borussiya” (Dortmund) – 2:1
Qollar: Boatenq, 12; Müller, 40 – Yarmolenko, 77
“Haydenheym” – “Ayntraxt” (Frankfurt) – 1:2
Qollar: Şnatterer, 96 – Qaçinoviç, 95; Haller, 110
19 dekabr
“Maynts” – “Ştutqart” – 3:1
Qollar: Berqqrin, 62; Diallo, 71; Serdar, 90+3 – Gentner, 41
“Paderborn” – “İnqolştadt” – 1:0
Qol: Zolinski, 56
“Nürnberq” – “Volfsburq” – 0:2
Qollar: Uduokai, 96; Didavi, 118
“Şalke” – “Köln” – 1:0
Qol: Meyer, 63