[b]“Bavariya”da ikinci transfer hazırlığı[/b]
28.12.2017 - 18:49
“Bavariya” Sandro Vaqnerdən sonra daha bir oyunçu transfer etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisi “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko ilə maraqlanır.
“Atletiko”da əsas heyətdəki yerini itirən Belçika millisinin üzvü də komandasını dəyişmək niyyətindədi. Madridlilərin transferə çıxarmağı planlaşdırdığı Karrasko “Bavariya”ya keçməyə müsbət yanaşır.
Qeyd edək ki, Yannik Karrasko “Atletiko”ya 2015-ci ildə “Monako”dan keçib.
0
0