“Bavariya”nın vitse-kapitanı Tomas Müller maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.
Müller 1/8 final mərhələsindəki rəqibləri “Beşiktaş”ın zəif olduğunu düşünür: “Avropanın digər böyük klubları ilə müqayisədə ən zəif komanda ilə düşmüşük. Ancaq yenə də mərhələni keçmək üçün ən yaxşı oyunumuzu sərgiləməliyik. Xüsusən də, səfərdə. Cütlüyün favoriti olduğumuzu bilirik və bu sınaqdan çıxmalıyıq. Biz ciddi komandayıq. Nələr bacardığımızı da yaxşı bilirik”.
Qeyd edək ki, “Bavariya” ilə “Beşiktaş” arasında oyunlar fevralın 20-də və martın 14-də keçiriləcək.