“Bavariya”nın qolkiperi Sven Ulrayxın “Real”la cavab qarşılaşmasında (2:2) buraxdığı səhv komandasına baha başa gəlmişdi. Apasport.az saytı xəbər verir ki, qapıçı səhvinə görə üzr istəyib.
Ulrayx bu barədə instaqram hesabında yazıb: “Çempionlar Liqasında mübarizəni dayandırdığımıza görə necə üzgün olduğumu izah edə bilmərəm. Çox istəyirdik ki, finala çıxaq və bunun üçün əlimizdən nə gəlirsə etdik. Mən isə böyük səhvə yol verdim. Bağışlayın. Bütün komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm”.
Qeyd edək ki, Ulrayxın, komanda yoldaşının geri ötürməsini buraxmasının ardından Kərim Benzema topu boş qapıdan keçirərək, komandasını hesabda önə çıxarmışdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı