[b]“Benfika”nın futbolçusundan “Qarabağ”a “yox” cavabı[/b]
04.09.2017 - 14:52
[b]“Benfika”nın futbolçusundan “Qarabağ”a “yox” cavabı[/b]

“Qarabağ”ın yay transfer dövründə danışıq apardığı daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytı Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Benfika”nın üzvü Ola Conu heyətinə qatmaq istəyib.

 

Bu ölkənin desporto.sapo.pt saytının yaydığı məlumatda bildirilir ki, 25 yaşlı cinah yarımmüdafiəçisi yayda 2 klubun təklifini qəbul etməyib. Həmin komandaların “Qarabağ” və “Panatinaikos” olduğu açıqlanıb.

 

Azərbaycan və Yunanıstana köçmək istəməyən Conun karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb. Belə ki, “Sivasspor” da onun xidmətində maraqlıdı. Superliqa klubu “Benfika” ilə 2019-cu ilə qədər müqaviləsi olan futbolçunu icarəyə götürmək niyyətindədi. Portuqaliya klubunda möhkəmlənə bilməyən Conun bu təklifi qəbul edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Liberiya əsilli holland futbolçu 2012-ci ildən “Benfika”nın üzvüdü. Con bu müddət ərzində “Hamburq”, “Ridinq”, “Vulverhempton” və “Deportivo” klublarında icarə əsasında çıxış edib.

0