[b]“Beşiktaş”da yeni müqavilə[/b]
03.08.2017 - 19:18
[b]“Beşiktaş”da yeni müqavilə[/b]

“Beşiktaş” yarımmüdafiəçi Necip Uysalla müqavilə müddətini artırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ilədək "ağ-qaralar"da çıxış edəcək.

 

Necip “qara qartallar”ın aşağı yaş qruplarında çıxış edib və klubun öz yetirməsidir.


Qeyd edək ki, gənc futbolçu İstanbul təmsilçisinin heyətində 254 rəsmi oyuna çıxıb.