“Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakup karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 26 yaşlı futbolçu “Nyukasl”a keçməyə çox yaxındı.
“Sağsağanlar”ın baş məşqçisi Rafael Benites “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrarda bənzətdiyi Oğuzhanın keçidində israrlıdı. İspaniyalı mütəxəssisin hətta Londonda oyunçu ilə görüşdüyü də bildirilir. İddiaya görə, Türkiyə millisinin üzvü ilinə 2 milyon funt-sterlinq maaş olmaqla 3 illik müqaviləyə razılıq verib. Hətta anlaşmanın 3+2 il formatında olması gözlənilir. Futbolçunun razılığını alan “Nyukasl” rəhbərliyi vaxt itirmədən “Beşiktaş”la danışıqlara başlayıb.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Oğuzhan Özyakup 2012-ci ildən “Beşiktaş”ın formasını geyinir.