Uels yığmasının baş məşqçisi Rayan Giqqz millinin futbolçusu Qaret Beyl haqda danışıb. Apasport.az saytı xəbər verir ki, o, Madrid “Real”ının formasını geyinən oyunçunu tərifləyib.
Giqqz Beylin dünyanın ən yaxşı futbolçularının sırasında olduğunu bildirib: “Qaret optimal formada olanda istənilən klubda oynaya bilər. O, ən yaxşılardan biridi. Müasir futbolda Lionel Messi və Kriştianu Ronaldo var. Onlardan sonra isə xeyli top-oyunçudan ibarət qrup gəlir. Qaret də məhz onların sırasındadı”.
Qeyd edək ki, Qaret Beyl 2006-cı ildən şərəfini qoruduğu Uels yığmasında 70 oyunda 29 qola imza atıb.