“Komanda ilk yarıda çox yaxşı oynadı. Futbolçular tapşırıqları yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.
Topaz Premyer Liqasının XXXIII turunda AZAL-a qalib gələn “ağ-qaralar”ın çalışdırıcısı fikirlərini bölüşüb: “Fasilədən sonra rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Şanslar daha çox oldu, ancaq istifadə edə bilmədik”.
- Kubokun yarımfinalı, indi də çempionat oyununda uğurlu nəticə. Nəyi dəyişmisiniz?
- Ardıcıl uğursuzluqlardan sonra toparlana bildik.
- "Neftçi" beş müdafiəçi ilə oynadı və indi boşluqlar az olur. Demək olarmı ki, komanda bu səpkidə problemi həll edib?
- Biz bu modeli hər komandaya qarşı tətbiq etməyəcəyik. Start heyətində dörd müdafiəçi də ola bilər, beş də.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı