“Borussiya” – “Qəbələ” oyununa bilet satışı davam edir. Apasport.az-ın Almaniya klubunun rəsmi saytına istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmada stadionun tribunaları tam dolmayacaq.
Çünki Dortmund klubunun rəhbərliyi 65 min bilet satışa çıxarmışdı. Halbuki “Siqnal İduna Park” 81 min azarkeş tutumuna malikdi. Son məlumata görə, sabahkı qarşılaşma üçün artıq 54 min bilet satılıb.
Klub hələ də stadionun kassalarında bilet satışının davam etdiyini və biletlərin qiymətinin 31,20 avro olduğunu bəyan edib.
Qeyd edək ki, sabah keçiriləcək “Borussiya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.