[b]“Borussiya” Nuri Şahini Bakıya gətirməyəcək?[/b]
16.10.2015 - 16:31
[b]“Borussiya” Nuri Şahini Bakıya gətirməyəcək?[/b]

Dortmund “Borussiya”sı “Qəbələ” önünə ciddi itkilərlə çıxa bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsində gələn həftə Bakıda keçiriləcək qarşılaşma öncəsi almanlar 3 oyunçunun durumu narahat edir.

 

Bununla bağlı mətbuata açıqlama verən baş məşqçi Tomas Tuhel müdafiəçilər Marsel Şmeltser, Erik Durm və yarımmüdafiəçi Nuri Şahinin hələ də kollektivə qoşulmadıqlarını bildirib. Artıq zədəsini sağaldan və məşqlərə başlayan Nuri ilə Şmeltserin oktyabrın 22-dəki qarşılaşmaya yetişmə ehtimalı daha çoxdu. Tuhel onlarla bağlı qərarı Azərbaycana səfər ərəfəsində verəcək. Durmun isə bu ayın sonlarına qədər komandadan ayrı qalması gözlənilir.

 

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək.

0