[b]“Borussiya” portuqaliyalı məşqçiyə tapşırılacaq?[/b]
04.05.2018 - 12:05
Andre Villaş-Boaş karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytının TMW-yə istinadən məlumatına görə, Dortmund “Borussiya”sının rəsmiləri portuqaliyalı çalışdırıcı ilə danışıqlara başlayıblar. Alman klubu Villaş-Boaşı baş məşqçi Peter Ştöqerin əvəzedicisi qismində görür.
Daha öncə “Çelsi”, “Tottenhem” və “Zenit” kimi klublarda çalışan 40 yaşlı mütəxəssisin son iş yeri “Şanxay SİPQ” olub.
Andre Villaş-Boaş ötən il Peruda Dakar rallisinə qatılmışdı. O, baş verən qəzadan sonra turnirdən imtina etmək məcburiyyətində qalmışdı.
0
0