[b]“Borussiya”da yeni baş məşqçi[/b]
07.05.2018 - 23:27
[b]“Borussiya”da yeni baş məşqçi[/b]

Fransanın “Nitsa” klubunun baş məşqçisi Lüsyen Favr yeni mövsümdən Dortmund “Borussiya”sını çalışdıracaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq tərəflər arasında ilkin razılıq əldə olunub və onlar müqavilənin detallarını müzakirə edirlər.

 

Yeni baş məşqçinin təqdimat mərasiminin gələn həftə gerçəkləşəcəyi də iddia olunur. İsveçrəli mütəxəssis “Borussiya”nın “sükanı arxası”na mövsümün gedişində Peter Boşu əvəzləyən Peter Şteqerin yerinə təyin ediləcək.

 

Favrın “Nitsa” ilə müqaviləsi 2019-cu ilədək olsa da, Fransa təmsilçisi baş məşqçisini buraxmağa hazırdı. Çünki onlar da 60 yaşlı mütəxəssisin işindən tam razi deyil.

 

Qeyd edək ki, bir müddət əvvəl Favrın adı İngiltərə “Arsenal”ı ilə də hallanırdı.