[b]“Botev”in futbolçusunu Azərbaycana kim gətirir?[/b]
21.04.2015 - 11:46
[b]“Botev”in futbolçusunu Azərbaycana kim gətirir?[/b]

Bolqarıstanın “Botev” klubunun futbolçusu Marian Oqnyenov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi klublarımızdan birinin maraq dairəsinə düşüb.

 

Belə ki, Bolqarıstan mətbuatı “Botev”in oyunu zamanı qarşılaşmanı tribunadan izləyən əcnəbi klub nümayəndələrinin Azərbaycandan olduğunu iddia edir. Klubun adını dəqiqləşdirə bilməyən həmkarlarımız qonaqların məhz Marian üçün stadiona təşrif buyurduğu qənaətindədi.

 

Hələ ötən turun MOİK – “Botev” matçını izləyən həmyerlilərimizin yayı gözlədiyi iddia olunur. Çünki müqaviləsi başa çatan bolqarıstanlını azad agent kimi pulsuz heyətə cəlb etmək mümkün olacaq.

 

Oqnyenov əvvəllər şərəfini qoruduğu “Levski”nin də maraq dairəsindədi. Onun 2004-11ci illərdə formasını geydiyi paytaxt klubu yarımmüdafiəçini heri qaytarmaq iddiasındadı.

 

Qeyd edək ki, Marian müqavilə ilə bağlı olduğu iki klubla yanaşı, icarə əsasında “Belasitsa”da da çıxış edib.