Topaz Premyer Liqasının V turunun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, tura Elvin Əliyevin fiti ilə start veriləcək.
Həftənin mərkəzi qarşılaşması isə FİFA referisinə tapşırılıb. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” arasındakı “Böyük oyun”da ədaləti FİFA referisi Əliyar Ağayev qoruyacaq.
12 sentyabr (cümə)
17:30. “Araz Naxçıvan” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Naxçıvan MR stadionu
13 sentyabr (şənbə)
17:30. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19:00. “Simurq” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov Zaqatala şəhər stadionu
21:00. AZAL – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“AZAL Arena”,
14 sentyabr (bazar)
17:30. “Bakı” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu