Topaz Premyer Liqasında XXIX turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu həftə baş tutacaq turun görüşləri 3 gün ərzində oynanılacaq.
Tura “Qarabağ”la “Kəpəz” arasında matçla start veriləcək. Həftənin son oyunu isə Lənkəranda baş tutacaq. “Xəzər Lənkəran”la “Neftçi” növbəti “Böyük oyun”da üz-üzə gələcək.
Topaz Premyer Liqası
XXIX tur
8 aprel (cümə)
17:30. “Qarabağ” – “Kəpəz”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
9 aprel (şənbə)
14:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “İnter” – AZAL
“İnter Arena”, 16:00
10 aprel (bazar)
14:00. “Rəvan” – “Zirə”
“Bayıl Arena”
16:30. “Xəzər Lənkəran” – “Neftçi”
“Xəzər Lənkəran” mərkəzi stadionu