[b]“Böyük oyun”un vaxtı açıqlandı[/b]
08.09.2014 - 15:18
[b]“Böyük oyun”un vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasında V turun oyunlarının başlama vaxtı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 12-14-də baş tutacaq tur Naxçıvanda başlayacaq.

 

“Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun” sentyabrın 13-də saat 17:30-da başlayacaq. Bu görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

 

12 sentyabr (cümə)

17:30. “Araz Naxçıvan” – “İnter”
Naxçıvan MR stadionu

 

13 sentyabr (şənbə)

17:30. “Neftçi” – “Xəzər Lənkəran”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

19:00. “Simurq” – “Qəbələ”
Zaqatala şəhər stadionu

 

21:00. AZAL – “Qarabağ”
“AZAL Arena”

 

14 sentyabr (bazar)

17:30. “Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

Mənbə: pfl.az