[b]“Bu, “Qəbələ” ilə matçda da təkrarlandı” - Martin Şmidt[/b]
03.10.2016 - 11:58
[b]“Bu, “Qəbələ” ilə matçda da təkrarlandı” - Martin Şmidt[/b]

“Son 21 gün ərzində 7 görüş keçirmək fiziki güc və düzgün yanaşma tələb edir. Həftəiçi Avroliqada oyun keçirməyimizə baxmayaraq, “Volfsburq”la qarşılaşmaya hazır idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.

 

Ötən həftə Avropa Liqasında “Qəbələ” üzərində 3:2 hesablı qələbə qazanan “Maynts” Almaniya çempionatının VI turunda “Volfsburq”la heç-heçə edib - 0:0.

 

Matçdan sonra Almaniya mətbuatına açıqlama verən Şmidt Bundesliqa ilə paralel olaraq, Avroliqada çıxış etməyin çətin olduğunu bildirib: “Komandamdan narazı qala bilmərəm. Son oyunlarda hər dəfə qapımızdan qol buraxırdıq. Bu, “Qəbələ” ilə matçda da təkrarlandı. Buna görə də, “Volfsburq”la qarşılaşmada ilk növbədə, qol buraxmamağa çalışdıq. Təbii ki, meydana 3 xal üçün çıxmışdıq. Lakin yorğunluq hiss olunurdu. Buna görə də, ilk dəqiqələrdə oyunu “tutmaq” çətin oldu. 25-ci dəqiqədən etibarən isə futbolçularım özlərinə gəldilər. Rəqibin qol imkanları daha çox olsa da, biz də yaxşı oyun nümayiş etdirdik. 

 

Qeyd edək ki, 6 turdan sonra aktivində 8 xal olan “Maynts” 11-ci pillədə qərarlaşıb.

 

 

0