[b]“Bu gün qələbə qazanmalı idik” – Roman Qriqorçuk[/b]
28.10.2015 - 19:22
[b]“Bu gün qələbə qazanmalı idik” – Roman Qriqorçuk[/b]

“Sözsüz, mən nəticədən razı deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının X turunda öz meydanında AZAL-la qarşılaşan “qırmızı-qaralar”ın çalışdırıcısı qolsuz başa çatan oyunu belə şərh edib: “Biz bu gün hər iki hissəni üstün oynadıq. Rəqib qapısı qarşısında ən azından 3  real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi  təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.

0