[b]“Bu turnirə Avropa çempionatına hazırlıq mərhələsi kimi baxırdıq”[/b]
12.01.2016 - 15:54
[b]“Bu turnirə Avropa çempionatına hazırlıq mərhələsi kimi baxırdıq”[/b]

“Pis oynamadıq. Sonda yorğunluq sözünü dedi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

 

Yığmamız FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün Belarusun U-19 komandası ilə qarşılaşıb. 7-ci yer uğrunda baş tutan bu görüşdə məğlub olan (1:2) komandamız yarışı 8-ci pillədə tamamlayıb.

 

Oyundan sonra fikirlərini bildirən Həsənov məğlubiyyətə belə şərh gətirib: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Hesabda öndə olanda da müdafiə barədə düşünmürdük. Daha əvvəl də demişdim ki, bu turnirə Avropa çempionatına hazırlıq mərhələsi kimi baxırdıq. AFFA rəhbərliyi də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Ümumi götürdükdə, 7-ci və 8-ci olmaq arasında ciddi fərq yoxdu. Buraxdığımız ikinci qola görə qapıçını günahlandırmaq istəməzdim. Futbol səhvlər oyunudu”.

0