[b]Vitse-prezident “apasport”a danışdı: Maraqlanırıq, amma...[/b]
30.01.2018 - 20:10
Milli komandamızın və “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda “Bursaspor”un diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Məsələ ilə bağlı Super Liqa klubunun vitse-prezidenti Ali Ademoğlu ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən klub rəsmisi xəbəri qismən təsdiqlədi: “Almeyda hazırda diqqətimizdə olan 2-3 oyunçudan biridir. Bu yöndə çalışmalarımız davam edir, amma hələ ki, dəqiq nəsə yoxdu”.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir.
0
0