[b]“Cavidin əvvəlki səviyyəsinə qayıtması üçün hər şey edəcəyik”[/b]
25.10.2016 - 18:10
[b]“Cavidin əvvəlki səviyyəsinə qayıtması üçün hər şey edəcəyik”[/b]

“Hesabın nə dərəcədə qanunauyğun olduğuna şərh vermək istəmirəm. Ayrı-ayrı futbolçuların oyununu da müzakirə etmək arzusunda deyiləm”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”la oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukraynalı mütəxəssis komandasının Topaz Premyer Liqasının IX turunda “Sumqayıt”la heç-heçə başa çatan qarşılaşmada rəqibin heyətində hər iki qolu “Qəbələ”nin yetirmələrinin vurmasına belə münasibət bildirib: “Futbolçu qol vurmanda bu onun üçün həmişə sevindiricidi. Biz isə oyunçunu yalnız təbrik edə bilərik. Öz oyunçularımın çıxışını dəyərləndirmək istəmirəm. Oyun baxımından deyə bilərəm ki, komandamdan razıyam”.

 

Qriqorçuk hakimlik barədə konkret fikir bildirməyib: “Bu mövsüm hakimlik barədə danışmaq istəmirəm. Bu barədə sualı bəlkə də klub rəhbərliyinə verə bilərsiz”.

 

“Qəbələ”nin çalışdırıcısı son 6 dəqiqədə meydanda olan Cavid Hüseynovla bağlı sualı belə cavablandırıb: “Çox şadam ki, Cavid bizimlə birgədi. Onun bu gün meydana çıxmasına görə sevinirəm. Əvvəlki səviyyəsinə mümkün qədər tez qayıdıb, həmin təmple inkişaf etməsi üçün hər şey edəcəyik. Bu gün ilk matçda oynaya bildiyi qədər meydanda oldu”.

 

O, təqvimin sıx olmasından gileylənmək fikrində olmadığını bildirib: “Bizim üçün 2-3 gündən bir oynamaq çox çətindi. Bizə təklif olunan təqvimdən heç vaxt şikayətlənmirik. Sıx təqvimdə oynamaq üçün tam komplektləşməmişik. Lakin təqvimdən şikayətlənmirəm”.

0