[b]“Çelsi” “Mançester Yunayted”lə rəqabətə qoşuldu[/b]
31.03.2018 - 13:55
“Tottenhem”in müdafiəçisi Tobi Alderveyreld daha bir klubun diqqət mərkəzinə düşüb. Apasport.az saytı “The Mirror” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”in ardınca “Çelsi” də belçikalı futbolçu ilə yaxından maraqlanır.
“Zadəganlar” sözügedən oyunçunu mövsümün sonunda heyətlərinə qatmağı planlaşdırırlar. Qarşı tərəflə danışıqlara indidən start verilib. Alderveyreld uğrunda gedən mübarizədə kimin qalib ayrılacağı maraq doğurur.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2015-ci ildən “Tottenhem”in formasını geyinir.
0
0