[b]“Çelsi” və “Roma” yenidən rəqib oldu[/b]
07.04.2018 - 13:04
[b]“Çelsi” və “Roma” yenidən rəqib oldu[/b]

Ənənəvi Beynəlxalq Çempionlar Kubokunun iştirakçılarından dördü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, hər ilin yayında təşkil olunan turnirə yenə Avropa nəhəngləri dəvət alıb.

 

Amerikalılar İtaliya “Roma”sı, İspaniya “Real”ı və İngiltərə təmsilçiləri “Çelsi”ylə “Tottenhem”in yarışda oynamaqla bağlı razılığını alıb. Maraqlıdı ki, bu komandaların təşkil etdiyi cütlərdən ikisi Çempionlar Liqasının cari mövsümünün qrupunda da rəqib olub.

 

“Çelsi” “Roma”yla, “Real” isə “Tottenhem”lə eyni qrupda ilk iki yeri tutub.  İyulun sonunda baş tutacaq qarşılaşmalar San-Dieqo, Dallas və Nyu-Cersi şəhərlərində keçiriləcək.