“Çelsi” “Stemford Bric” stadionu ilə bağlı layihəsini təxirə salıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb maliyyə problemi göstərilir.
London klubu 41 min 600 nəfərlik arenanı tamamilə sökdürərək, 60 min azarkeş tutumuna malik stadion inşa etdirməyi planlaşdırırdı. Rəhbərlik 4 il ərzində bitirməyi hədəflədiyi layihə üçün 1 millard funt-sterlinq xərcləyəcəkdi. Lakin “Çelsi”nin sahibi Roman Abramoviç maddi durumla əlaqədar bu prosesi qeyri-müəyyən vaxta təxirə salıb.
Qeyd edək ki, “Çelsi”nin 1905-ci ildən ev sahibliyi etdiyi “Stemford Bric”ə sonuncu dəfə 1990-cı illərdə əl gəzdirilib.