“Çelsi”nin sabiq yarımmüdafiəçisi Frenk Lempard məşqçiliyə fəaliyyətinə başlamaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, Lempard “Sky Sports”a açıqlamasında yenidən futbolun bir parçası olmaq istədiyini deyib.
“İndi lisenziya almağa çalışıram. Bu il əksər vaxtımı “Çelsi”də təcrübə keçməyə sərf etmişəm. A kateqoriyası üzrə lisenziyam artıq var. Yenidən oyunun bir parçası olmaq və oyunçuların inkişafı prosesində onlara yardımçı ola biləcəyimi göstərmək istəyirəm” – deyə, Lempard vurğulayıb.
Qeyd edək ki, 2016-cı ildə futbolçu karyerasını bitirən Frenk Lempard 13 il “Çelsi”nin şərəfini qoruyub.