“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal karyerasını İngiltərənin bir digər klubunda davam etdirə bilər. Apasport.az saytının “Telepraph”a istinadən məlumatına görə, “Çelsi” fransızın xidmətində maraqlıdı.
Komandanın sahibi Roman Abramoviç yayda transferlərə böyük məbləğ xərcləmək niyyətindədi. Ancaq komanda Çempionlar Liqasından uzaq qalacağı təqdirdə, rus iş adamı komandanın maliyyə feyr-pleyi qaydalarını pozmaması üçün əlindəki güclü isimləri satmağı belə, planlaşdırır. “İcarə siyasəti” də dar gündə “zadəganlar”ın işinə yaraya bilər. London klubu icarədəki oyunçuları sataraq, ən azı 100 milyon funt sterlinq gəlir əldə edə bilər.
Hücum üçlüsünün istənilən tərəfində oynamaq özəlliyinə sahib olan Marsyal “Çelsi”nin seçim meyarlarına uyğun gəlir. 24 yaşlı oyunçunun “Mançester Yunayted”lə olan müqaviləsi 2019-cu ildə başa çatır. O, Aleksis Sançesin komandaya gəlişindən bəri oyun praktikasının azalması və Mourinyonun ona ənənəvi cinahında yer verməməsi səbəbindən klubdan ayrılmaq istəyir.
Qeyd edək ki, “Yuventus” və “Tottenhem” bir müddətdi Marsyalla yaxından maraqlanırlar.