[b]“Çelsi”nin yeni forması[/b]
11.05.2018 - 12:42
[b]“Çelsi”nin yeni forması[/b]

“Çelsi” 2018-19 mövsümündə ev oyunlarında istifadə edəcəyi formanı təqdim edib. Apasport.az saytının məlumatına görə, ənənəvi göy rəngə üstünlük verilən formada ağ və qırmızı xətlərin qarışığına da rast gəlmək mümkündü.

 

Formalar ABŞ-ın “Nike” şirkəti tərəfindən istehsal olunub.

 

Yaxın günlərdə “Çelsi”nin yeni səfər formasını da ictimaiyyətə təqdim edəcəyi gözlənilir.