[b]“Çelsi”yə fransız məşqçi?[/b]
30.05.2018 - 12:55
[b]“Çelsi”yə fransız məşqçi?[/b]

“Çelsi” Loran Blanı baş məşqçi postuna gətirə bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, Mauritsio Sarrinin keçidini “Napoli” ilə razılaşdıra bilməyən “zadəganlar” diqqətlərini fransız mütəxəssisə yönəldib.

 

London klubunun direktoru Marina Qranovskaya Blanla görüşüb.

 

Sarrinin “Napoli” ilə müqaviləsinə xitam verilməməsinə baxmayaraq, artıq Karlo Ançelotti baş məşqçi təyin olunub.

 

“Çelsi” Sarrinin sərbəst qalma məbləğini – 8 milyon avronu ödəmək niyyətində deyil.

 

Qeyd edək ki, Loran Blanın sonuncu iş yeri PSJ olub.

0