[b]“Deyəsən, siz düzgün başa düşməmisiz” – Elxan Abdullayev[/b]
27.09.2016 - 21:13
[b]“Deyəsən, siz düzgün başa düşməmisiz” – Elxan Abdullayev[/b]

“Oyundan razı qalsam da, nəticədən razı qalmadım. Biz düzgün yoldayıq. Ancaq komandada görülməli çox iş var. Rəqibi təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Topaz Premyer Liqasının VI turunda “Sumqayıt”la qarşılaşan “ağ-qaralar” 1:2 hesablı məğlubiyyətə üzülüb. Görüş başa çatdıqdan sonra çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.

 

- Komanda son oyunlarda hesabı açsa da, bunu sonadək qoruyub saxlaya bilmir...

- Bundan bir neçə səbəb var. Qol vurandan sonra müdafiədə kobud səhv buraxdıq. Son 20 dəqiqədə komanda yaxşı oynadı. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Əvvəlcədən son 20 dəqiqədəki kimi oynayasaydıq, hesab başqa cür olardı.

 

- Komandaya yeni məşqçi cəlb olunub. Onun komandaya nə kimi xeyri dəyəcək? Bir də, Tərzin Cahangirovun oyunundan razı qaldız?

- Yeni məşqçi Pro kateqoriyasına malik olan mütəxəssisdi. Komandaya xeyri dəyəcək. O ki qaldı Tərzin Cahangirova, ona dekabra kimi vaxt vermişik ki, özünü göstərsin. Premyer Liqa klublarında təcrübəsi olan futbolçudu.

 

- Yeni məşqçi qışda komadaya yeni legionerlərin gələcəyini dedi...

- Deyəsən, siz onu düzgün başa düşməmisiz. Biz sadəcə olaraq, komandanın zəif nöqtələri bardə söhbət etmişik. Ancaq hazırda dəqiq heç nə yoxdu.

0