[b]“Dinamo”, “Styaua” və “Kəpəz”[/b]
28.04.2015 - 08:54
[b]“Dinamo”, “Styaua” və “Kəpəz”[/b]

UEFA-ya üzv olan ölkələrin milli çempionatlarında ən uzun məğlubiyyətsiz oyular seriyasına malik klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, buna “Dinamo” Xorvatiya çempionatındakı nəticələri səbəb olub.

 

Ardıcıl 35 qarşılaşmada uduzmayan Zaqreb təmsilçisinin uğurlu seriyası UEFA-nı rekordçular cədvəlini açıqlamağa vadar edib. Siyahıda birinci Rumıniyanın “Styaua” klubudu. Buxarest təmsilçisi 1986-89-cu illərdə 106 oyun xalsız qalmayıb.

 

Qitənin daha 4 klubu 60 və daha çox oyunda rəqiblərinə qələbə sevinci bəxş etməyib. Moldova “Şerif”i 63, Şotlandiya “Seltik”i 62, Estoniya “Levadiya”sı 61, Belçika “Unon”u 60 matçdan ibarət seriyaya malikdi.

 

Qeyd edək ki, məğlubiyyətsiz oyunların sayında Azərbaycan rekordu “Kəpəz”ə məxsusdu. Gəncə təmsilçisi 1997-98-ci illətdə texniki nəticələr nəzərə alınmadan 28 matçda uduzmayıb.