[b]“Dünyanın 5 ən yaxşı yığmasından biri ilə matçın nəticəsindən razıyıq” – Vitali Borisov[/b]
19.09.2016 - 17:20
[b]“Dünyanın 5 ən yaxşı yığmasından biri ilə matçın nəticəsindən razıyıq” – Vitali Borisov[/b]

“Azərbaycan – İran oyunu dünya çempionatının ən yaxşı oyunlarından biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Vitali Borisov deyib.

 

FİFA-nın rəsmi saytı Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsinin son oyunlarından sonra 1/8 finala yüksələn bəzi komandaların üzvlərinin fikirlərini dərc edib. Yığmamızın aparıcı futzalçısı İran millisi ilə qarşılaşma (3:3) haqda danışıb: “Düşünürəm ki, rəqibimiz əvvəlki iki oyunla müqayisədə daha yaxşı təsir bağışladı. İran millisi Asiya çempionudu. Bu komandanı dünyanın 5 ən yaxşı yığmasından biri hesab edirəm. Belə güclü rəqiblə matçda əldə olunan nəticədən tam razıyıq”.

 

Qeyd edək ki, İspaniya, İran və Mərakeşlə eyni qrupda mübarizə aparan millimiz 1/8 finala 2-ci yerin sahibi kimi yüksəlib. Komandamızın növbəti rəqibi Tailand millisi olacaq.

0