[b]“Əgər Premyer Liqanı tərk etsək...”[/b]
05.05.2018 - 13:19
[b]“Əgər Premyer Liqanı tərk etsək...”[/b]

İngiltərənin “Stok Siti” klubunun futbolçusu Piter Krauç komandanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı futbolçunun özü açıqlayıb.

 

O bildirib ki, əgər komandası Premyer Liqanı tərk etsə, özünə yeni klub axtarmalı olacaq. Aşağı dəstədə oynamaq niyyətindən uzaq olan futbolçu əlində olan variantları götür-qoy edəcəyini vurğulayıb: “Müqaviləmi bir illik uzadanda Premyer Liqada qalacağımızı düşünürdüm. Ağlıma da gəlməzdi ki, bunu bacarmayacağıq. Əgər Premyer Liqanı tərk etsək, digər variantlara baxacam”.

 

Qeyd edək ki, hazırda 19-cu pillədə qərarlaşan “Stok Siti” Premyer Liqada qalma zonasından cəmi 3 xal ayırır.