[b]“Elazığspor” Cavid İmamverdiyevsiz xal itirdi[/b]
15.03.2015 - 00:00
[b]“Elazığspor” Cavid İmamverdiyevsiz xal itirdi[/b]

Türkiyə PTT I Liqasında XXIV turun növbəti oyunları keçirlib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” evdə “Samsunspor”la üz-üzə gəlib.

 

Matçda qalib müəyyənləşməyib. Komandaların ciddi cəhdlərinə baxmayaraq, tablodakı sıfırlar dəyişməyib – 0:0.

 

Bu matçda Cavid forma geyinməyib. Çünki 2 gün əvvəl komandanın baş məşqçisi Ümit Özat təmsilçimizi və digər 2 futbolçnu klubunun heyətindən kənarlaşdırıb.

 

Qeyd edək ki, hazırda 28 xalı olan "Elazığspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır