[b]“Emil Balayev və Zummakdan başqa hamı hazırdı” – “Ayntraxt” rəsmisi[/b]
11.01.2016 - 10:13
[b]“Emil Balayev və Zummakdan başqa hamı hazırdı” – “Ayntraxt” rəsmisi[/b]

“Əbu-Dabi toplanışı istədiyimiz kimi keçir. Baş məşqçi Armin Fe də toplanışın gedişindən razıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Ayntraxt” klubunun meneceri Bruno Hübner deyib.

 

Almaniya mətbuatına danışan Frankfurt klubunun rəsmisi maraqlı fikirlər səsləndirib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) toplanışda olan “Ayntraxt”ın hazırlığını dəyərləndirən Hübner həmyerlimiz Emil Balayev haqda da danışıb.

 

Hübner bildirib ki, Balayev də daxil olmaqla, komandanın iki üzvü hələ tam hazır deyil: “Aleksandr Mayerin məşqlərdəki çıxışından razıyıq. Fe onunla danışıb və daha aktiv olmağı, bütün potensialını göstərməyi tələb edib. Komandanın hər bir üzvü özünü göstərməyə çalışır. Yannik Zummak və Emil Balayev istisna olmaqla, bütün futbolçular tam hazırdılar və zədə ilə bağlı heç bir problemləri yoxdu. Həmin iki futbolçudan başqa komandanın hər bir oyunçusu 90 dəqiqə çıxış etmək gücündədi”.

 

Qeyd edək ki, “Ayntraxt” Bundesliqanın cari mövsümündə qış fasiləsinə 14-cü pillədə yollanıb.

 

 

0