[b]“Ev”dən uzaqda, aid olduğu yerdə[/b]
12.04.2018 - 13:07
[b]“Ev”dən uzaqda, aid olduğu yerdə[/b]

“Mançester Yunayted” bir müddət “evsiz” qala bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Old Trafford” stadionunun azarkeş tutumunu artırmaq fikrinə düşüblər.

 

Rəsmilərdən Riçard Arnold Ser Bobbi Çarltonun adını daşıyan tribunanın tutumunun artırılmasının gündəmdə olduğunu deyib. Lakin tikinti işləri uzun müddət apara bilər. Planın həyata keçirilməsinə razılıq veriləcəyi təqdirdə, “Mançester Yunayted” bir neçə mövsüm ev oyunlarını “Old Trafford”dan kənarda keçirməli olacaq.

 

Riçard Arnoldun sözlərinə görə, “Yunayted”in həmin müddət ərzində ev oyunlarını Londonda yerləşən “Uembli” arenasında keçirməsi ehtimal daxilində deyil. Klub rəhbərliyi Mançesterdən kənara çıxmağın əleyhinədi.

 

Qeyd edək ki, “Old Trafford” hazırda 76 min azarkeş tutumuna malikdi.