[b]“Eybar”ın prezidenti Eddi İsrafilovun transferindən danışdı[/b]
14.07.2015 - 12:45
[b]“Eybar”ın prezidenti Eddi İsrafilovun transferindən danışdı[/b]

“Eybar” azarkeşlərini təəccübləndirəcək. Yeni transferlərimizin komandaya əlavə güc qatacağı bunu deməyə əsas verir”. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Eybar” klubunun prezidenti Aleks Aransabal deyib.

 

Azərbaycan yığmasının üzvü Eddi İsrafilov növbəti mövsümü icarə əsasında “Eybar”ın heyətində keçirəcək. İsrafilov və digər yeni transferlə bağlı danışan Aransabal iddialı fikirlər səsləndirib: “Başqa variantlar da var idi. Amma biz bu futbolçularla güclənməyi lazım bildik. Gələcəyin komandasını qururuq. Son 3 transferimiz böyük dəyişikliklər edəcək, komandanı gücləndirəcək. Yeni mövsümdəki “Eybar” əvvəlki “Eybar”dan fərqlənəcək”.

 

İsrafilov özü də yeni klubu ilə bağlı fikirlərini bölüşüb. O, “Eybar”a uğur qazanmaq üçün keçdiyini bildirib: “Qərar verdim ki, “Eybar”a keçim. Danışıqlarımız uğurla nəticələndi. “Eybar”da uğur qazanacağıma inanıram”.