“Beşiktaş”dan ayrılan İsmail Köybaşının yeni klubunun adı bəlli olub. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi “Fənərbaxça”ya keçib.
Tərəflər rəsmi müqaviləyə artıq qol çəkiblə. Razılaşmaya əsasən, Köybaşı qarşıdakı 3 il ərzində “sarı-lacivərtlilər”in formasını geyinəcək.
“Fənərbaxça”ya keçidi ilə bağlı danışan Türkiyə yığmasının üzvü bunları deyib: “Peşəkar futbol həyatımın ikinci hissəsinə qədəm qoyuram. Məni həyəcanlandıran təklifi “Fənərbaxça”dan aldım. Bu kluba keçdiyim üçün xoşbəxtəm. Məşqçi 3-5-2 taktiki sxemini tətbiq etmək istəyir. 3-5-2 sisteminde daha çox hücuma atılmaq lazımdı ki, bu, mənim futbol anlayışıma daha uyğundu. Məni tanıyan hər kəs xarakterimi bilir. Heç vaxt pula önəm verən biri olmamışam. Bir qərar verdim və bunun doğru olduğunu düşünürəm”.
Qeyd edək ki, İsmail Köybaşı 2009-cu ildən “Beşiktaş”ın uğurları üçün çalışırdı.