[b]“Fənərbaxça” kuboku əldən verdi[/b]
10.05.2018 - 23:30
[b]“Fənərbaxça” kuboku əldən verdi[/b]

Türkiyə Kubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, final matçında “Akhisar Bələdiyyəspor”la “Fənərbaxça” üz-üzə gəlib.

 

Əskişəhərdə keçirilən oyunda qalib “Akhisar” olub. “Bələdiyyəçilər” 3:2 hesablı qələbəyə seviniblər.

 

Qeyd edək ki, “Akhisar” yarımfinalda “Qalatasaray”ı, “Fənərbaxça” isə “Beşiktaş”ı yolundan kənarlaşdırmışdı.

 

Türkiyə Kuboku

Final

10 may

 

“Akhisar” – “Fənərbaxça” – 3:2

Qollar: Lopez, 32, Sissoko, 70, Barboza, 81 – Fernandao, 56, Souza, 86