Sabah Avropa Liqasının III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq 29 qarşılaşma iki gün ərzində keçiriləcək.
İlk oyun günündə yalnız 2 matç baş tutacaq. Pley-offa vəsiqələr İsveçrə və Kiprdəki oyunlarda sahibini tapacaq.
Avqustun 3-də isə 27 görüş keçiriləcək. Azərbaycanın bu yarışdakı sonuncu təmsilçisi “Qəbələ” Yunanıstanın “Panatinaikos” komandasını qəbul edəcək.
Qonşu Türkiyə də bu raundda 1 klubla təmsil olunub. Səfərdə “Şturm”a 2:1 hesabı ilə qalib gələn “Fənərbaxça” bu dəfə doğma divarlar arasında meydana çıxacaq.
Mərhələ adlayan 29 komanda Çempionlar Liqasının 15 uğursuzuna qoşulacaq. Bu 48 komanda avqustun 4-də keçiriləcək püşkatmada 22 cüt təşkil edəcək.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
2 avqust
20:00. “Syon” (İsveçrə) - “Suduva” (Litva)
İlk oyun - 0:3
20:00. AEL (Kipr) - “Austriya” (Avstriya)
İlk oyun - 0:0
3 avqust
19:00. “Şkendiya” (Makedoniya) - “Trakai” (Litva)
İlk oyun - 1:2
19:00. “Dinamo” (Minsk, Belarus) - AEK (Kipr)
İlk oyun - 0:2
20:30. "Odd” (Norveç) - “Dinamo” (Zaqreb, Xorvatiya)
İlk oyun - 1:2
21:00. “Zenit” (Rusiya) - “Bney Yehuda” (İsrail)
İlk oyun - 2:0
21:00. “Aleksandriya” (Ukrayna) - “Astra” (Rumıniya)
İlk oyun - 0:0
21:00. "Apollon” (Kipr) - “Aberdin" (Şotlandiya)
İlk oyun - 1:2
21:00. "Sparta” (Çexiya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:2
21:00. "Videoton” (Macarıstan) - “Bordo" (Fransa)
İlk oyun - 1:2
21:00. "Qəbələ" (Azərbaycan) - “Panatinaikos" (Yunanıstan)
İlk oyun - 0:1
21:30. “Fola” (Lüksemburq) - “Ostersun” (İsveç)
İlk oyun - 0:1
21:30. “Fənərbaxça” (Türkiyə) - “Şturm” (Avstriya)
İlk oyun - 2:1
21:45. “Lyunqbyu” (Danimarka) - “Krasnodar” (Rusiya)
İlk oyun - 1:2
22:00. “Maritimo” (Portuqaliya) - “Botev” (Bolqarıstan)
İlk oyun - 0:0
22:00. “Skenderbeu” (Albaniya) - “Mlada Boleslav” (Çexiya)
İlk oyun - 1:2
22:00. PAOK (Yunanıstan) - “Olimpik” (Ukrayna)
İlk oyun - 1:1
22:15. “Lex” (Polşa) - “Utrext” (Hollandiya)
İlk oyun - 0:0
22:30. “Hayduk” (Xorvatiya) - “Brondbü” (Danimarka)
İlk oyun - 0:0
22:30. "Midtyulland” (Danimarka) - "Arka” (Polşa)
İlk oyun - 2:3
22:30. "Altax” (Avstriya) - “Gent” (Belçika)
İlk oyun - 1:1
22:45. “Atletik” (İspaniya) - “Dinamo” (Buxarest, Rumıniya)
İlk oyun - 1:1
22:45. “Milan” (İtaliya) - “Universtatya” (Krayova, Rumıniya)
İlk oyun - 1:0
22:45. "Ostende” (Belçika) - “Marsel” (Fransa)
İlk oyun - 2:4
22:45. "Rujomberok” (Slovakiya) - “Everton” (İngiltərə)
İlk oyun - 0:1
22:45. “Osiyek” (Xorvatiya) - PSV (Hollandiya)
İlk oyun - 1:0
23:00. “Panionios” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)
İlk oyun - 0:1
23:05. "Domjale” (Sloveniya) - “Frayburq” (Almaniya)
İlk oyun - 0:1
00:00. “Braqa” (Portuqaliya) - AİK (İsveç)
İlk oyun - 1:1