[b]“Fənərbaxça”nın futbolçusu İspaniyaya gedir[/b]
29.07.2017 - 19:56
“Fənərbaxça”nın müdafiəçisi Simon Kyaer karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Danimarka millisinin oyunçusu ilə “Sevilya” maraqlanır.
Türkiyə mediasının yazdığına əsasən, Əndəlüs təmsilçisi ilə İstanbul klubu artıq 28 yaşlı futbolçunun keçidiylə bağlı razılığa gəliblər. Xəbərdə La Liqa təmsilçisinin danimarkalı futbolçu üçün 10 milyon avro ödəyəcəyi qeyd edilib.
“Sevilya” Kyaerlə isə 4 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, müdafiəçi “Fənərbaxça”ya 2015-ci ildə, 8 milyon avro qarşılığında “Lill”dən transfer edilib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0