[b]“Fənərbaxça”ya derbi öncəsi ağır zərbə[/b]
12.03.2015 - 21:20
[b]“Fənərbaxça”ya derbi öncəsi ağır zərbə[/b]

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça”nı yenə cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna Superliqanın XXIII turu çərçivəsində evdə “Qalatasaray”la keçirilən İstanbul derbisində azarkeşlərin pis və çirkin şüarllar səsləndirməsi səbəb olub.

 

“Cim-Bom”u 1:0 hesabı ilə məğlub etdiyi matçda fanatların bu hərəkəti komandanı yenə pis vəziyyətə qoyub. İntizam Komitəsi XXV turda “Beşiktaş”la derbi görüşündə “Şükrü Saracoğlu” stadionunun qapı arxası 2 tribunasını bağlayıb.

 

Bundan başqa, cari mövsüm ərzində azarkeşlər 4 dəfə eynə hərəkətə yol verərsə, 200 min TL cərimə də kəsiləcək.

 

Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhləsinin ilk oyunları çərçivəsində səfərdə “Mersin İdmanyurdu” (1:2) ilə görüşdə azarkeşlərin pis və çirkin şüarllar səsləndirməsi “Fənərbaxça”ya baha başa gəlmişdi. Həmin qarşılaşmadan sonra İntizam Komitəsi “sarı bülbüllər”in səfər oyununda tribünalarını bağlayıb və 2500 TL pul cəzası ilə də cərimələyib.